Yazıçı Böyükkişi Heydərli vəfat edib

21 Baxış

boyukkishiYazıçı, jurnalist Böyükkişi Heydərli dünyasını dəyişib.  Senet.az-a bu barədə yazıçının qızı məlumat verib. O, uzun müddət imiş ki, mədə xərçəngindən əziyyət çəkirmiş.

Böyükkişi Heydərli 1951-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb.

Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında ikən şeirləri “Ulduz” və “Azərbaycan” jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1191-1992-ci illərdə “SƏS” qəzetində şöbə müdiri olub, 1992-ci ilin may ayından “Yeni Müsavat” qəzetində işləyir.1993-cü ildə “Dünya” jurnalının redaktoru olub.

Yazıçı Qor təxəllüsü ilə də əsərlər yazır. “Sakit küçədə qətl”, “Yaşıl cənnət çiçəyi”, “Yetişmiş tut ağacı” və sair əsərlərin müəllifidir. 2001-ci ildə “Səmasız buludlar” adlı şeirlər kitabı işıq üzü görüb. 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10