Yazıçı Müşfiq XAN tələbələrlə görüşəcək

22 Baxış

Müşfiq Xan mədəniyyət imza25 may 2016-cı il saat 14:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində detektiv yazıçı Müşfiq XAN ilə görüş və imza günü keçiriləcək. Görüşdə oxucuların sualları cavablandırılacaq, onlarla fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, yazıçı “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” , “O2”,  “Milanaya məktub” və “5.45” adlı kitablarının müəllifidir.

Bütün detektiv həvəskarları və ədəbiyyatsevərlər imza gününə dəvətlidir.

Tədbir Universitetin Kitabxanasında keçiriləcək.

Ünvan: Həsən bəy Zərdabi 39a