Yazıçı Müşfiq XAN tələbələrlə görüşəcək

17 Baxış

Müşfiq XAN imza günü

6 may 2016-cı il saat 14:00-da Xəzər Universitetində detektiv yazıçı Müşfiq XAN ilə görüş və imza günü keçiriləcək. Görüşdə oxucuların sualları cavablandırılacaq, onlarla fikir mübadiləsi aparılacaq. Detektiv yazıçı bu aydan etibarən ali məktəblərdə, şəhər və rayon kitabxanalarında silsilə görüşlər keçirməyi planlaşdırır.

Qeyd edək ki, yazıçı Müşfiq Xan “Tənha canavar”, “Ünvansız sevgi”, “Ümidlərin izi ilə” (həmmüəllif), “Sonuncu hədiyyə”, “U geni”, “Yataqdakı qatil”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq” , “O2”,  “Milanaya məktub” ,“5.45”  kitablarının müəllifidir.

Bütün detektiv həvəskarları və ədəbiyyatsevərlər imza gününə və görüşə dəvətlidir.