Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çapdan çıxıb

30 Baxış

Pervane-kitab-750x375

Yazıçı Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” adlı kitabı çap olundu.

Kitab müəllifin son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial həyatın problemlərindən bəhs edən yazılarının məcmusudur. Köşə yazıları və hekayələrində uşaqlarda erkən yaşlardan kitaba maraq oyatmaq qaydalarına, ədəbiyyatın, mütaliənin təbliğinə geniş yer verilmişdir.

Həm müharibə, həm də digər mövzularda yazdığı hekayələrində mənəvi keyfiyyətlərə, qadın-kişi, övlad-valideyn münasibətlərinə üstünlük verir. Cəmiyyəti təşkil edən fərdlərin davranışlarının qabardılmasını yazıların onurğa sütunu hesab etmək olar. Kitabda feysbuk statuslarının da yer alması müəllifin gündəlik həyatımızda baş verənlərə subyektiv yanaşmasını nümayiş etdirir.

Yazıçı fərdi yaşantılarını oxuculara nəsrdən əlavə ilk kitabından seçmə şeirlərilə də çatdırır.

“Xan” nəşriyyatında çap olunan kitabın redaktoru yazıçı-publisist İntiqam Mehdizadə, korrektoru yazıçı-tərcüməçi Səbuhi Şahmursoydur.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10