Yazıçı Şəmil Sadiq tələbələrlə görüşəcək

30 Baxış

imza günü Şəmil Sadiq
24 may, saat 14:00-da yazıçı Şəmil Sadiqlə BDU-də tələbələrlə görüşəcək. Görüş Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Şəmil Sadiq oxucuların suallarını cavablandıracaq.

Həmçinin müəllifin imza saatı da təşkil ediləcək.

Qeyd edək ki, yazıçı Şəmil Sadiq “Qana qan qarışdı” dram və hekayələr, “Bu türk daha o türk deyil” şeirlər, “Hüseyn Cavid yaradıcılığı” monoqrafiyası, “Ümidlərin izi ilə” (həmmüəllif), “Ədəbiyyatla bütövləşmiş şəxsiyyətlər”, “OdƏrlər” romanının, “Yuxu maşını” povestinin və 13 hekayəni birləşdirən “Arvadsız kişi”  kitabının müəllifidir.