Yazıçılar gəncəli oxucularla görüşüb

17 Baxış

Kitabevim.az mağazasının  Gəncə filialında yazıçılardan İlqar Fəhmi, Şəmil Sadiq, Müşfiq Xan və Varis Yolçiyevin oxucularla görüşü və imza günü keçirilib. Görüşdə şəhər rəsmiləri, AYB-nin Gəncə Bölməsinin nümayəndələri, kitabsevərlər iştirak ediblər. Mütaliənin gənclərin həyatındakı rolunu qeyd edən yazıçılar kitabları haqqında geniş məlumat verib, oxucularla müzakirələr aparıblar.

Görüşdə həmçinin tanınmış dedektiv yazar Müşfiq Xanın yeni işıq üzü görən “Yalnızlığın bal ayı” adlı psixoloji-məhəbbət romanının ilk təqdimatı olub.

Sonda gənclər yazarlara suallar ünvanlayıb, fikir və təkliflərini bildirib, yazıçıların imzalı kitablarını əldə ediblər.

Bölmə : Redaktorun seçimi