“Yazıçılarımızı dünyaya tanıdaq” təqdim ediləcək

87 Baxış

yazicilarimiziSentyabın 17-si saat 16:00-dan, 17:00-a qədər Hədəf Nəşrlərinin Mədəniyyət və Turizm Nazirliyi ilə ortaq layihəsi olan “Yazıçılarımızı dünyaya tanıdaq” kitab dəsti oxuculara təqdim olunacaq. Təqdimat mərasimi IV Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində baş tutacaq.

Qeyd edək ki, layihə çərçivəsində çap olunan “Yazıçılarımızı dünyaya tanıdaq” nəşrlərində Azərbaycanın iyirmi tanınmış yazıçısının həyat və yaradıcılığı haqqında məlumat verilir, onların əsərlərindən müəyyən nümunələr təqdim edilir. İngilis dilində olan topluda Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Üzeyir Hacıbəyli, Məhəmməd Hüseyn Şəhriyar, Mir Cəlal, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, İsa Muğanna, Məmməd Araz, Anar, Elçin, Kamal Abdulla kimi Azərbaycanın görkəmli nümayəndələri yer alıb.

Layihənin məsləhətçisi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, kitab dəstlərinin müəllifi və layihənin rəhbəri isə f.ü.f.d., dos. Şəmil Sadiqdir. Kitaba ön sözün müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibəyli, naşiri Müşfiq Xan, ingilis dilinə tərcümə edəni Könül Nəsibova, redaktoru isə Nərgiz Cabbarlıdır.

 

 

tanidaq

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10