Senet.az məşhur yazıçılar haqqında maraqlı məlumatları təqdim edir:
Edqar Allan Po içkiyə meyilli idi. Hətta öz çevrəsində alkaqolik kimi tanınırdı.
Çarlz Dikkens üzü şimal qütbünə tərəf yatırdı. O vaxtının çoxunu kimsəsizlər morqunda keçirirdi.
Balzak gün ərzində 50 fincana yaxın kofe içirdi. O, kofe dəmləməyə vaxtı olmayanda kofe dənələrini çeynəyirdi.
Tolstoy İvan Turgenevi duelə dəvət etmişdi. Onlar silahları əlinə alsalar da, duelə başlaya bilməyilər. Çünki dostları buna mane olmuşdu. Bu hadisədən sonra uzun müddət Turgenevlə Tolstoy üz-üzə gəlmədilər.
Cəfər yaxınlarının təkidi ilə universitetin tibb fakültəsinə daxil olur. Ancaq bir il oxuyandan sonra, “sür-sümükdən iyrənirəm”-deyib təhsilini yarımçıq saxlayır.
“Alisa Möcüzələr Ölkəsində”nin yazıçısı Levis Karoll yeni sözlər kəşf etməkdə usta idi. İngilis dili bu gün belə onun yaratdığı yeni sözləri istifadə edir. Kitabxanalarda oxucunun kitabı rahat tapa bilməyi üçün, kitabın yan tərəfinə əsərin adını və müəllifini ilk dəfə o yazıb.
Oskar Ualyd və Hemenquey uşaq vaxtlarında anaları məcbur etdiyinə görə qız paltarları geyiniblər.
Cek Londonun şəxsi kitabxanasında 15 min kitab vardı. London 5 yaşında içməyə başlayıb.
Xurşid banu Natəvan Şərq təbabətini gözəl bilir, bir çox xəstəlikləri özü türkəçarə üsulu ilə müalicə edirmiş. O, qudurmuş it tutanları belə müalicə edə bilirmiş.
Virginiya Vulf bir dəfə 48 saat dayanmadan danışmışdı. O, bütün əsərlərini rəssam bacısından ilhamlanaraq ayaq üstə yazıb.
Frans Kafkanın babası qəssab idi. Ancaq o, ət yeməyi cinayətə bərabər görürdü.