“YEMLİK” uşaq jurnalının təqdimatında sirlər açılacaq

103 Baxış

sevincelseverOktyabrın 17-si, saat 14:0-da Kitabevim.az kitab marketində  “YEMLİK” uşaq jurnalının birinci sayı oxuculara təqdim olunacaq.

Jurnalın baş redaktoru Azad Qaradərəli bütün uşaqları tədbirə dəvət edir: “Əziz uşaqlar! Ata-analarınızı da götürüb gəlin dərginizin təqdimatına! Hə, axı bu dərgi sizindir. Təqdimatda siz uşaqlara bir çox sirlər də açacağıq. Hə-hə. O sirləri hələ heç kim sizə deməyib. Amma biz deyəcəyik. Ona görə də sizi orada gözləyəcəyik”.

Qeyd edək ki, “YEMLİK” jurnalı, “YAZI” ədəbiyyat dərgisinin əlavəsi olaraq çap edilir. Jurnalın məsul katibi Sevinc Elsevərdir.

 

“YEMLİK” jurnalı haqqında daha geniş məlumatı buradan əldə edə bilərsiniz.

 

 

YEMLIKSA

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10