“Yenə iki od arasında” romanının təqdimatı

14 Baxış

1513001350574226828_1000x669

Dekabrın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanının təqdimatı və “imza günü” keçiriləcək.

Yazıçı Senet.az-a bildirib ki, bu il 130 illiyi qeyd edilən böyük söz adamı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr edilmiş, Qarabağ tarixi üstündə köklənən kitaba “Ön söz”ü Xalq Yazıçısı Anar, “Son söz”ü isə akademik Nizami Cəfərov yazıb.

Tədbir Azərbaycan Yazıçılar Birliyinin və “Qələm” nəşriyyatının təşkilatçılığı ilə baş tutacaq.

Təqdimat mərasimində nüfuzlu söz adamlarının iştirakı gözlənilir.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10