Yenə o bağ olaydı…

3 Baxış

14933986843956520123_1000x669

Aprelin 28-də Beynəlxalq Muğam Mərkəzində “Yenə o bağ olaydı” adlı musiqili-ədəbi gecə keçirilib.

Senet.az xəbər verir ki, gecə unudulmaz şair Mikayıl Müşfiqin yaradıcılığına həsr olunub.

Musiqili-ədəbi gecə Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə layihəsi çərçivəsində keçirilən növbəti tədbirdir.

Gecədə ADMİU-nun müəllim və tələbələri çıxış ediblər. Onların ifasında “Oxu tar”, “Söylə”, “Gözünə qurban”, “Yaşa, ürəyim”, “Yaşa, könül”, “Qurban olduğum”, “Qal, sənə qurban” mahnıları və şeirlər səsləndirilib. İfaları Xalq Artisti, professor Zamiq Əliyevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblı müşayiət edib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10