Yenə iki od arasında

10 Baxış

elcinhuseynbeyli222

“Yenə iki od arasında” romanı görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin xatirəsinə həsr olunub.

Senet.az saytı AZƏRTAC-a istinadən bildirir ki, əsərin müəllifi yazıçı Elçin Hüseynbəyli ömrü boyu məşəqqətli həyat sürmüş Y.V.Çəmənzəminlinin həyatından bəhs edən bu əsər əvvəlcə “Azərbaycan” jurnalının 9-10-cu nömrəsində dərc olunacaq. Yazıçı yenicə tamamladığı əsərini noyabrda kitab şəklində oxuculara təqdim edəcəyini bildirib.

Həmçinin ilin sonuna kimi Elçin Hüseynbəylinin Vilnüsdə və Tbilisidə hekayə kitablarının nəşri və təqdimatı nəzərdə tutulub. Rəhbəri olduğu Azərbaycan Yazarlar Klubunun “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə oktyabr-noyabr aylarında gerçəkləşəcək.