Yeni əsərin saytda yayımının dayandırılması səbəbi – AÇIQLAMA

1364 Baxış

2esas

Bir neçə aydır Senet.az-ın “Cinayət masası” layihəsində dərc olunan “Rəqib” detektiv romanının saytda yayımı dayandırılıb.

Sözügedən əsər hər həftənin bazar ertəsi olmaqla yeni hissələrlə dərc olunurdu və ötən həftə 10-cu hissəsi oxuculara təqdim edilmişdi. Məsələ ilə bağlı əsərin müəllifi – detektiv yazar Müşfiq XANın fikirlərini öyrəndik:

“Hazırda əsərdə cinayət hadisəsinin açılması səhnələrini yazdığıma görə oxucular roman kitab halında çap olunana qədər gözləməli olacaqlar. Əsərin sona qədər yayımlanmayacağını qabaqcadan məlumat vermişdim. “Rəqib”in ilk on hissəsi yalnız senet.az-da eksklüziv yayımlanıb. İlk üç hissə dərc olunandan sonra saytlardan biri elektron versiyasını kitabxanalarına yerləşdirmişdi. Etirazımdan sonra materialı sildilər. Ümumiyyətlə, razılığım olmadan yeni romanın yayımlanan ilk on hissəsinin saytlara, xüsusilə elektron kitabxanalara yerləşdirilməsini etiraz edirəm. Mən romanın bir hissəsini müəllifi olduğum layihə çərçivəsində senet.az üçün yayımlamışam. Bu o demək deyil ki, hər ürəyi istəyən bunu götürüb çap edə bilər.”

Qeyd edək ki, müəllif “Rəqib” detektiv romanının ötənilki təqdimat ənənəsinə sadiq qalaraq iyulun 19-da – doğum günündə oxuculara təqdim edəcəyini bildirib. Müşfiq XAN həmçinin bu ayın sonunda “5.45” adlı hekayə və esselər kitabının işıq üzü görəcəyi haqqında məlumat verib.

 

“Rəqib” detektiv romanının yayımlanmış ilk 10 hissəsi:

 

Əsərin 1-ci hissəsi

Əsərin 2-ci hissəsi

Əsərin 3-cü hissəsi

Əsərin 4-cü hissəsi

Əsərin 5-ci hissəsi

Əsərin 6-cı hissəsi

Əsərin 7-ci hissəsi

Əsərin 8-ci hissəsi

Əsərin 9-cu hissəsi

Əsərin 10-cu hissəsi

KÖŞƏ YAZARLARI
TOP 10