Yeni ədəbiyyat dərgisi – “USTAD”

245 Baxış

ustaddergi“Hədəf” Nəşrlərinin təsisçiliyi ilə “Ustad” adlı yeni ədəbiyyat və sənət dərgisi işıq üzü görəcək. Fevralın 2-də, Senet.az saytının 1 yaşında oxuculara təqdim olunmağı nəzərdə tutulan jurnalın baş redaktoru f.ü.f.d., dos. Şəmil Sadiq, redaktoru isə f.ü.f.d. Nərgiz Cabbarlıdır.

Dərgi müasir və klassik ədəbi və sənət nümunələrini özündə əks etdirəcək, dünya trendlərini Azərbaycan oxucusuna çatıracaq. Jurnalda həmçinin tanınmış imzaların köşə yazılarına, yerli yazarlardan bədii nümunələrə, dünyaca məşhur müəlliflərdən tərcümələrə, sənət söhbətlərinə  yer veriləcək.

“Ustad” dərgisi gənc müəllifləri də əməkdaşlığa çağırır. Gənclərin mətbuatda dərc olunmamış əsərlərini və məqalələrini hər ay çap edəcək. Bunun üçün yazılarını dərgidə görmək istəyənlər  info@senet.az email adresi vasitəsilə müraciət edə bilərlər.

Bölmə : Manşet