Senet.az hipperrealizmə aid fotoları təqdim edir:
Hipperrealizm həm də fotorealizm kimi adlandırılır.
Hipperrealizm 1960-cı illərdə ABŞ-da meydana çıxmağa başlayıb.
Bu cərəyan nüyaməndələri obyektin rəsmini deyil, obyektin şəklinin rəsmini çəkməyi sevirlər.
İlk hipperrealist rəssamların sırasında Con Beader, Riçard Estes, Con Kacere, Cak Mendenhall, David Pariş kimi məşhur simaların adını çəkmək olar.
Hipperrealist əsərlərdə rəssamlar fotonu proyektor vasitəsilə kətanın üstünə köçürürlər. Bundan sonra müxtəlif rəngləmə texnikaları ilə fotonun birə-bir eynisini çəkirlər.
“Pop art” cərəyanının bir hissəsi kimi tanınan fotorealizmdə əsasən maşınlar, neon işıqlar, gecə klubları, insan simaları çəkilir.