Yeni fəlsəfi dərgi – “FƏRD VƏ YOL” təqdim olunacaq

63 Baxış

FERD VE YOL4Dekabrın 27-si, saat 14:00-da “FƏRD və YOL” jurnalının təqdimat mərasimi keçiriləcək.

Bu barədə jurnalın təsisçisi Nərmin Əmirova Senet.az-a açıqlamasında məlumat verib.

O, yeni jurnalın ilk sayını uşaqlara həsr olunduğunu qeyd edib: “Bu jurnalı hazırlamaqda məqsədimiz – həyat yolunu daha zövqlü edəcək fərqli, alternativ vasitələr təqdim etmək, üzvü olduğumuz cəmiyyətə yeni rənglər qatmaqdır. Cəmiyyət olaraq birlikdə düşünəcəyik: yolu belə addımlasak, dahamı gözəl olar, görəsən? Jurnalın hər sayında yeni bir mövzu, fərd və cəmiyyət münasibətləri baxımından aktual problem qoyulacaq və hərtərəfli araşdırılacaqdır. “FƏRD VƏ YOL” jurnalının ilk sayının mövzusu uşaq və uşaq hüquqlarıdır. Uşaqların malik olduqları haqların az bir qismindən danışdıq, uşaq dünyasına kiçik pəncərə açmağa, hisslərini və düşüncələrini anlamağa cəhd etdik və problemlərini təhlil etdik. “Uşaq məsum, həssas, gücsüz və inkişafda olan insan varlığıdır, eyni zamanda hər şeyi öyrənməyə can atan, həyat və ümid doludur. Həyatının bu mərhələsini oynayaraq, öyrənərək və inkişaf edərək keçirərsə, həm özü xoşbəxt olar, həm də gələcəkdə cəmiyyətin rifahı və xoşbəxtliyinə töhfə verər”

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10