Yeni hekayə müsabiqəsi təssis olunub

389 Baxış

senzur
Yeni hekayə müsabiqəsi təssis olunub.  Senet.az xəbər verir ki, Senzor.org saytının təşkil etdiyi “Senzurasız söz” müsabiqəsinin şərtlərinə əsasən müsabiqəyə minimum 13 söz, maksimum 1300 ibarət hekayələr qəbul olunur.

Bir müəllif iki hekayə ilə də iştirak edə bilər, lakin qaliblər müəyyən olunarkən, hər müəllifin bir hekayəsi əsas götürüləcək. Bloqlar və sosial şəbəkələr istisna olmaqla, yazılı və ya online mediada dərc olunan yazılar müsabiqəyə qəbul olunmur.

Müəlliflər hekayələrini “Word” faylında və ayrıca olaraq şəkil yükləməklə senzor.editor@gmail.com ünvanına yollamalıdır. Göndərilən hekayələr avqustun 13-dən başlayaraq Senzor.Org-da dərc olunacaq.

Məktubun mövzu bölümündə “Müsabiqə üçün” yazılması əsas şərtdir. Öz şəklini göndərməyən müəlliflər (və ya sonradan şəklin başqasına məxsus olduğu üzə çıxarsa) müsabiqədən kənarlaşdırılacaq. Məzmunda dini, milli ayrı-seçkilik, separizm, şovinizm və nifaq təbliğ edən, hansısa etnik, dini və ya sosial qrupun şərəf və ləyaqətini ifadələrə, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olan məqamlara yer vermək qadağan olunur. Müsabiqə avqustun 13-də başlayacaq və sentyabrın 13-də bitəcək. Saytın elektron poçtuna göndərilən hekayələr həmin gün (və ya 24 saat ərzində) oxunularaq ayrıca kateqoriyada sayta yerləşdiriləcək. Sentyabrın 13-də saayt 24:00-dan gec göndərilən hekayələr sayta yerləşdirilməyəcək. Hekayələrin tam yerləşdirilməsi oktyabrın 1-nə qədər davam edəcək.

Qeyd edək ki, qaliblərə “e-book reader” (elektron kitab oxuyucusu) və plaketlər təqdim olunacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10