Yeni ildə hansı kitabları hədiyyə edəcəksiniz? – SORĞU

272 Baxış

manshetTanınmış şəxslərdən Yeni ildə hansı yerli müəllifin kitabını hədiyyə edərdiniz? – deyə soruşduq. Senet.az cavabları olduğu kimi təqdim edir:

 

 

 

 

 

 

 

Tahir EmiraslanovTahir Əmiraslanov

Mən çalışıram ki, ağıllı adamlarla dostluq edim. Dostlarımın hamısı da çox ağıllıdırlar. Buna görə də, mən onlara Nizami Gəncəvinin “Xəmsə”sini hədiyyə edərdim. Niyə hamı Nizamidən sonra beşlik yazmağa başladı? Üçlük, ikilik yox? Niyə Şeyx Nizami qaniçən İsgəndərə əsərində peyğəmbərlik verirdi? Niyə poemada ancaq Bərdəni tərifləyir, Gəncəni yaxud da Şamaxını yox? Niyə peyğəmbərin meracından bəsh edərkən, yalnız sidr ağacından danışır? Məncə dostlarım bu barədə düşünsələr yaxşı olar.

 

 

 

Shemil SadiqovŞəmil Sadiq:

Həyata yenidən baxmaq istəyənlərə, inandıqlarını tar-mar olduğunu görmək istəyənlərə, özünü dərk etməyin birinci addımını atmaq istəyənlərə İsa Muğannanın “İdeal” əsərini bağışlayardım. Bununla yanaşı, dindar müsəlmanlara Cavidin “Şeyx Sənan”ını, dindar kristianlara Saramaqonun “İsanın İncil”ini, Türk sevdalılarına “Boz Qurdlar”ını, yeniyetmələrə isə Jul Vernin əsərlərini hədiyyə edərdim

 

 

 

 

Mushfiq XANMüşfiq XAN:

Məndə belə bir xasiyyət var – özüm oxumadığım, tanış olmadığım kitabı heç kimə hədiyyə edə bilmirəm. İlin son aylarını mütaliədən daha çox yazı-pozuya sərf elədiyimə görə elə oktyabr-dekabr aylarında fürsət tapıb oxuduğum Şəmil Sadiqin “Arvadsız kişi” hekayələr kitabını və Azad Qaradərəlinin “Kuma-Manıç çökəkliyi” romanını oxumaq istəyən dostlarımıza gözüyumulu, böyük həvəslə hədiyyə edərəm. Şəmil Sadiqin dediyim kitabındakı 13 hekayədən ən azı 10-u mənimçün indiyə qədər rastıma çıxan, şahidi olduğum, oxuduğum süjetlər arasında ən içdən olanlarıdır. Bunun səbəbini də özümçün müəyyən etmişəm – adam həmin hekayələri oxuyanda əlində bir kitab olduğunu, sadəcə mütaliə etdiyini büsbütün unudur. Sanki, necə deyim, qəhrəmanların əlindən tuta bilirsən, onlardan küsə bilirsən, hətta “Arvadsız kişi”ni oxuyanda əsəbiləşib şillə vurduğum qəhrəman da olub.

“Kuma-Manıç çökəkliyi”nin təhkiyə dili zəngin və möhtəşəmdir. Amma Azad Qaradərəlinin romandakı ən böyük uğuru hələ bu da deyil. Yeni romanı çox açıb oxucularçün kitabın sehrini pozmaq istəmirəm. 2016-nı gözləsinlər, kitab çap olunsun və “Kuma-Manıç çökəkliyi”ni alıb-oxuyanda özləri hər şeyə şahid olsunlar.

 

Rovshen Yerfi

 

Rövşən Yerfi:

Yeni ildə Natiq Məmmədlinin “Körpüdə ümid” kitabını hədiyyə edərdim. Çünki əsərlər uğurlu alınıb. Bundan əlavə ümumiyyətlə bu müəllifin yazı tərzindən xoşum gəlir.

 

 

 

 

AqshinAqşin Yenisey:

İki kitabın adını çəkə bilərəm. Həmid Herisçinin “Konspiroloq” kitabını və Kamal Abdullanın “Dilçiliyə səyahət” kitabını. “Konspiroloq” kitabını ona görə ki, ədəbiyyatımızda intertekstual mətn hələ ki, ən yaxşı formada bu kitabda yazılıb. Xüsusilə hamımızın qarışdırdığımız publisistik mətnlə bədii mətnin sərhədləri arasındakı buraxılış keçid məntəqələri də şəffaf şəkildə burada göstərilib. “Dilçiləyə giriş” isə Azərbaycan dilinin məişət qatından başqa heç bir qatını tanımayanlar üçün nəhəng bir atmosfer sferası təsiri bağışlayacaq. Yəni oxucuları danışıq qatından düşüncə qatlarına aparacaq. Bu kitabı oxuyanlar dilin üfüqlərinə qədər gedib çıxa biləcəklər, yəni dilin itdiyi, sözün mövcud olmadığı kosmosu hiss edəcəklər.

 

Yunus OguzYunus Oğuz:

Yəqin ki, öz kitablarımdan birini hədiyyə edərdim. Məsələn, “Alparslan”ı, yaxu da “Şah arvadı və cadügər”i böyük məmnuniyyətlə dostlarıma bağışlayardım.

 

 

 

 

Dayandur SEVGIN

 

Dayandur Sevgin:

Mən öz dostlarıma Mahirə Abdullanln “Əvvəl-axıır” romanını, Sona Vəliyevanın “Çəhrayı yuxular” şeirlər və Natiq Məmmədlinin “Körpüdə ümid” romanını hədiyyə edərdim.

 

 

 

AqshinevrenAqşin Evrən:

Etimad Başkeçidin “Min yol mənə söylər” və Pərviz Cəbrayılın “Yad dildə” romanlarını hədiyyə etmək istərdim. Bu iki əsəri mütləq oxumaq lazımdır. Etimad Başkeçid sözün əsl mənasında maraqlı bir nəsr sütunu yaradıb. Xüsusən, onun əsər zamanı apardığı paralellər, nəhəng ideyaları sadə hadisələrin fonunda verməsi romanı adama doğmalaşdırır. Üstəlik, əsərin dili əladır və bəzi məqamlarda ortaya çıxan güclü yumorun altında da dərin fəlsəfə yatır. Pərviz Cəbrayıl da “Yad dildə”si ilə həm hamıdır, həm də heç kimdir. Əsərdə Azərbaycanın bugünkü durumu o qədər canlı və real təsvir olunub ki, bu əsər, bir növ, kəhanət xarakterli görünür. Romanı sanki yazıçı özü yox, əsərin qəhrəmanları hazırlayıb.Əsərdə elə təhkiyələr var ki, oxucunu səhifələrin arasında sıxıb saxlayır.

 

aysel

 

Aysel Əlizadə:

Mən seçimimi Kənan Hacının “Rəqqasə”nin üzərində saxlayardım. Duyğuları, situasiyaları, yazıçı məharəti ilə elə təsvir edib ki, oxuyanda bunların gerçək bir yazıçı qələmindən çıxdığını görürsən. Bu əsəri oxuduqdan sonra müasir Azərbaycan ədəbiyyatında yazıçı yoxdurdeyə bilməzsən bundan sonra.

 

 

 

 

Dilqem

 

 

Dilqəm Əhməd:

Aytən Cavanşirin “Pərdələri çəkin” kitabını hədiyyə edərdim

 

 

 

 

 

QOBUSTAN

 

Bahadur Qobustan:

Hüseyn Cavid “seçilmiş əsərləri” Əhməd Cavadin “Seçilmiş əsərləri”,  Vidadi Babanlının “Vicdan susanda”, Mirzə Ələkbər Sabirin “Hophopnamə”, Xanəmir Telmanoğlunun “Maqlar”, Aqşin Yeniseyin “Sizin eradan əvvəl”, Vaqif Səmədoğlunun “Sən uzaq, yaşıl ada” kitablarını verərdim. Adətən kitabı çox istədiyin adama hədiyə verirsən. Çox istədiyin adamların da əxlaqlı olmasını istəyirsən, təbii. azadlığın belə əxlaq çərçivəsi var. Düşünürəm ki, bu kitablar yazı səviyəsinə görə dəyərli olduğu qədər, həm də insanlara əxlaqlı azad olmağı öyrədir.

 

 

 

FERIDHUSEYNFərid Hüseyn:

Əbdürrəhim bəy Haqverdiyevin “Hekayələr”ini hədiyyə verərdim. Xarici müəlliflərdən isə Joze Saramaqonun “Filin səyahəti”ni seçərdim.

 

 

 

 

 

RebiqeRəbiqə Nazimqızı:

Çətin sualdır, məsələn, özüm yeni ildə daha çox maraqlı şeir kitabı hədiyyə almaq istərdim, müəllifin fərqi yoxdur. Verəcəyim hədiyyə isə, yəqin ki, Səlim Babullaoğlunun yeni çapdan çıxan “Ədəbi yuxular”ı olardı. Niyə həmin kitab? Ona görə ki, üslub maraqlıdır. Real olaraq görülmüş yuxulardır, ədəbiyyatçılarla, ədəbiyyatla bağlıdır və elə ədəbi şəkildə də ifadə olunub. Burada həm reallıq – real mövcud olmuş ədəbi şəxsiyyətlər var, həm də mistika – yuxu, onlarla baş tutmayan görüş. Maraqlı kombinasiyadır. Məsələnin başqa tərəfi də var. Ədəbiyyatçı həmişə ədəbiyyatçıdır, yuxu görəndə də, onu yozanda da və əlbəttə, qələmə alanda da… Öyrənməli çox şey var…

 

 

Movlud125

 

Mövlud Mövlud:

Elnur Astanbəylinin “Oktyabra məktublar” adlı şeirlər kitabını məmnuniyyətlə insanlara hədiyyə eləyərdim. Oxucular Elnuru daha çox sərt yazılar yazan publisist kimi tanıyır. Onun şair istedadından, şair qəlbindən çoxunun xəbəri yoxdur.

 

 

 

 

 

ehtiram

 

Ehtiram İlham:

Saday Budaqlının “Yolüstü söhbət” kitabını bağışlayardım. Uzun illərdən sonra Saday Budaqlı kimi dəyərli bir yazarın kitabı nəfis şəkildə çap olundu və bu kitab onun yaradıcılığını demək olar ki, əhatə etməklə yanaşı həm də Saday Budaqlının necə ustad bir qələm sahibi olduğunu göstərdi.

 

 

 

 

 

sherifŞərif Ağayar:

Yeni ildə öz kitabımı – “Gülstan”ı hədiyyə edərdim. Həm təzə çıxıb ona görə, həm də özümdə var, əlavə pul xərcləməyə gərək olmadığına görə bu seçimi edərdim.

 

 

 

 

 

neriman

 

 

Nəriman Əbdürrəhmanlı:

Yusif Səmədoğlunun “Qətl günü” romanı və hekayələrindən ibarət bircildliyini hədiyyə edərdim. Çünki bəyəndiyim, dönə-dönə oxuduğum, öyrəndiyim yazıçının kitabıdı.

 

 

 

 

 

Ilqar Kamilİlqar Kamil:

Yeni ildə mən ən öz əziz adamıma 2015 -ci ilimin kəşfi, psixoloq yazıçı Rövşən Abdullaoğlunun bütün yaradıcılığını, xüsusi ilə “Çətin olsa da həyat davam edir” adlı əsərini hədiyyə edərdim. Arxada ağır bir il qoyduq, qarşıdansa necə olacağı bəlli olmayan yeni bir il gəlir; bir yandan devalvasiya, bir yandan dünyanın mənəvi böhran keçirməsi insanlarımızda “pis dünya” sindromu yaradıb, insanlar artıq həyatdan yalnız pis şeylər gözləyir, heç kimə inanmır və nəticədə ruhdan düşürlər. Rövşən müəllimin adını çəkdiyim əsəri bu mənada onlalara böyük dəstək ola bilər. Bəli, reallıq budur ki, həyat çətindir, günügündəndən də çətinləşir, lakin, çətin olsa da həyat davam edir və bu həyatı xoşbəxt yaşamaq lazımdır!

 

 

ibrahim İbrahim Rüstəmli:

Ən ideal seçimim Mövlud Süleymanlının “Köç” əsəridi. Bu əsər kifayət qədər kaloritli dilə malik, zəngin və hərtərəfli bədii təxəyyüllə cilalanmış unikal bir əsərdir. Fikrimcə, hər bir azərbaycanlının bu kitabı oxumasına ehtiyac var. Bu həm də bədii zövqün formalaşmasına yardım edər. Çünki bədii sahədə zövq məsələsi ən aktual problemimizdi.

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10