Yeni mədəniyyət saytı fəaliyyətə başladı

51 Baxış

kultrBu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun Sim-sim.az  mədəniyyət portalının təqdimat mərasimi keçirilib. 

Senet.az xəbər verir ki, mərasimdə çıxış edən AYF-nin aparat rəhbəri Qismət Rüstəmov Azərbaycan saytın gələcək planlarından danışıb. O, çıxışında bildirib ki, oxucular portal vasitəsilə gündəlik köşə, araşdırma, esse, poeziya və nəsr nümunələri, eləcə də kino, teatr, musiqi, rəssamlıq, memarlıq və incəsənətin digər sahələrinə aid materiallarla tanış ola biləcəklər.

Bununla yanaşı portalda Azərbaycanda və xaricdə çap olunmuş kitablar haqqında resenziyalar, tanınmış incəsənət xadimlərilə müsahibələr, müzakirə və debatlar, dünya mədəni irsi ilə bağlı tərcümə materialları dərc olunacaq.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla çıxışında bu sayt vasitəsilə multikulturalizm sahəsində olan boşluğu doldurmaq niyyətində olduqlarını bildirib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10