“Yeni nəfəs – 2” müsabiqəsinin vaxtı uzadıldı

13 Baxış

kkkAzərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı gənc və istedadlı ssenaristləri aşkara çıxarmaq məqsədilə elan etdiyi “Yeni nəfəs – 2” adlı qısametrajlı ssenari müsabiqəsinin vaxtını uzadıb.

Senet.az saytının AZƏRTAC-dan əldə etdiyi xəbərə əsasən müsabiqəyə qeydiyyat sentyabrın 30-dək davam edəcək.

Yaşı 35-dək olan hər bir şəxs 20 səhifədən çox olmamaq şərti ilə istənilən janrda bədii, sənədli və animasiya ssenarilərini tərcümeyi-hal ilə birgə, üç nüsxədə çap və elektron variantda müsabiqəyə təqdim edə bilər.

Müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq.

Müsabiqənin nəticəsi oktyabrda elan olunacaq.

Bölmə : Kino, Manşet