“Yeni Söz” adlı Bədii Yaradıcılıq Mükafatı təsis edildi

54 Baxış

yeni soz_5565525f8227d

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc istedadların aşkar edilməsi və beynəlxalq müstəvidə tanıdılması məqsədi ilə Azərbaycan dilində yazılmış poeziya, nəsr, esseistika nümunələri üzrə “Yeni Söz” adlı Bədii Yaradıcılıq Mükafatı təsis edib. Bu barədə Senet.az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Fərid Hüseyn məlumat verib.

Müsabiqəyə ədəbi yaradıcılıqla məşğul olan 35 yaşınadək gənclərin əsərlərinin qəbul ediləcəyi nəzərdə tutulur.

Əsərlərin qəbuluna bu ilin oktyabr ayının 2-sindən başlanacaq.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10