Yeni teatr mövsümü Gəncədə açılacaq

51 Baxış

teatr

Azərbaycanda 143-cü teatr mövsümünün açılışı sentyabrın 16-da Gəncədə keçiriləcək.

Senet.az xəbər verir ki, bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün teatrların nümayəndələri Gəncədə keçiriləcək təntənəli açılış mərasimində iştirak edəcəklər.

Gəncə Dövlət Dram Teatrı və Gəncə Dövlət Kukla Teatrının da iştirak edəcəyi mərasimə dövlət və hökumət rəsmiləri, tanınmış sənət adamları qatılacaqlar.

Qeyd edək ki, son illər yeni teatr mövsümünün açılışı Azərbaycanın bölgələrində həyata keçirilir. 2014-cü ildə teatr mövsümünün açılışı Şəkidə – birinci Şəki Beynəlxalq teatr festivalında olub.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10