Yeni teatrın təqdimatı və ilk tamaşası- FOTO

141 Baxış

Məsəl yaRəşid Behbudov adına Dövlət Mahnı Teatrında yeni yaradılan müstəqil teatr olan “M.Teatr”ın (“Mənim teatrım”) təqdimatı və “Məsəl ya…” adlı ilk tamaşasının premyerası keçirilib.

Təqdimat mərasimində şair Ramiz Rövşən, rejissor Ramiz Həsənoglu, xalq artisti Fuad Poladov, Bəxtiyar Xanızadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət, kino, teatr xadimləri, həmçinin “Hədəf” kurslarının kollektivi iştirak ediblər. Bədii rəhbəri Respublikanın Əməkdar artisti Vidadi Həsənov, direktoru Amil Əyyub olan yeni teatrda gənc və istedadlı sənətçilər toplanıb. İlk tamaşanın alqışlarla müşayət olunması da bunu bir daha sübut etdi.

“Məsəl, ya…” adlı bir hissəli mükamilədə Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd çıxış ediblər. Tamaşa Ü.Hacıbəylinin “Ordan-burdan” kitabında yer alan müxtəlif felyetonlar əsasında hazırlanıb, Üzeyir Hacıbəylinin musiqilərindən, Mirzə Ələkbər Sabirin şeirlərindən və Vidadi İsmayılın mahnılarından istifadə olunub. Səhnə əsərini Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov, Vüqar Hacıyev və Günay Əhməd canlandırıblar. Bu beş sənətçi, sanki beş zaman səyyahı kimi bizi keçən əsrin əvvəllərinə, o illərin gizlinlərinə səyahətə aparırlar. Amma, bu səyahət “bu gündən” keçmişə deyil, əslində ” keçmişdən” bu günə səyahətdir. Bəs görəsən, ordan – keçmiş adlı uzaq bir “məmləkətdən” baxanda yaşadığımız bu gerçəklik necə görünür? Bəs qarasınca güdükçü düşdüyümüz o “gələcək” adlı xəyali “diyara” nə ilə və nə üzlə gedirik? Tamaşada bu suallara cavab axtarılır.