Yeni “Ustad” işıq üzü gördü

21 Baxış

30581717_817256185135679_6911492979387531264_o

“Hədəf” nəşrlərinin təsis etdiyi ədəbiyyat və sənət dərgisi “Ustad”ın 18-ci sayı işıq üzü görüb. Nəşriyyatdan aldığımız məlumata görə, bu sayında da dərgi öz dəsti-xəttinə sadiq qalaraq yeni və maraqlı yazılarla oxucuların görüşünə gəlib.

Film və sənət haqqında yazılardan əlavə 18-ci sayda gənc yazarların hekayələri üstünlük təşkil edir. Bu dəfə “Ustad” Tural Əzimzadə, Xanım Anela, Tural Türksoy, Ceylan Mumoğlu, Tural İsmayılov, Aynur Əhməd, Şəfa Vəliyə öz səhifələrində yer ayırıb. Gənc araşdırmaçılar – Dilqəm Əhməd, Xəyalə Murad, Kamran Mahmudov, Nizami Hüseynov və Aybəniz Həsənovadan müxtəlif yönlü yazılar da dərc olunub. Bu sayın müsahibləri filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev və tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamaldır.