Yeni yaradıcılıq müsabiqəsi elan olunur

59 Baxış

maneraMANERA.AZ – ədəbiyyat və mədəniyyət portalının yaranmasının 1 ilinin tamam olması münasibətiylə yeni yaradıcılıq müsabiqəsi elan olunur.

Müsabiqədə Ən yaxşışeir, Ən yaxşı hekayə”, “Ən yaxşı tərcümənominasiyaları üzrə yerlər müəyyənləşdiriləcək.

Müsabiqəyə göndəriləcək əsərlər münsiflər heyyəti tərəfindən qiymətləndiriləcək. Həmçinin müsabiqəyə göndərilmiş əsərlər saytda dərc olunmaqla “online səsvermə” keçiriləcək.

Qaliblər saytın yaranmasının 1 iliyi münasibətiylə keçiriləcək mərasimdə elan olunacaq, onlara pul mükafatı, diplom və digər hədiyyələr təqdim olunacaq.

Mövzu sərbəstdir.

Əsərlər manera.az@inbox.ru ünvanına və “müsabiqə üçün” qeydi ilə 15 aprel 2016-cı il tarixindən gec olmayaraq göndərilməlidir.

Qeyd edək ki, müsabiqədə bir şəxs bir mətnlə iştirak edə bilər. Digər orqanlarda çap olunmuş mətnlər müsabiqədən kənarlaşdırılacaq.

Müəlliflərdən ədəbi nümunədən əlavə qısa tərcümeyi-hal, əlaqə nömrəsi və şəkil göndərməkləri tələb olunur.

İstedadına güvənən bütün ədəbiyyatsevərləri öz yaradıcılıq nümunələrini manera.az saytının oxucularına təqdim etməklə müsabiqədə iştirak etməyə dəvət edirik.