Yeri-göyü yaradan Türk Tanrıları

90 Baxış

7

 

 

 

Senet.az türk mifologiyasında adı çəkilən Tanrıların siyahısını təqdim edir:

 

 

 

 

 

Altay türklərinə görə səma Tanrılarının ən böyüyü Kayra Xandır (Kayır XAN). İnanclara görə Kayra XAN göyün 17-ci qatındadır. O, bütün Tanrıların atası hesab olunur və kainatın taleyini o təyin edir. Kayra Xan dünyanı yaratdıqdan sonra doqquz budaqlı bir şam ağacı əkib. Şamanlar onun Ülgən, Qızağan və Mergen adlı üç oğlu olduğunu deyirlər.

1

 

 

 

Ülgən göyün 16-cı qatında Altun dağında yaşayır.  Taxtı aydan və günəşdən də ucadadır. Ülgən göy cisimlərinə hökmdarlıq edir. Onun əmri ilə yağış yağar, ildırım çaxar. İlk dəfə odun tapılmağı da Ülgənin adı ilə bağlıdır. Belə ki, Ülgen ağ və qara rəngli iki daşla insanlara od əldə etməyin yolunu öyrədib.

2

 

 

 

Ağ Ana hələ dünyada heç bir şey yaradılmamışkən, hər tərəfdə sular varkən, o sulardan çıxaraq Tanrı Ülgenə yaradıcılıq ilhamı vermişdi.  Onun başında gücü simvolizə edən taca bənzər buynuzları var. Monqollar onu Sağan və yaxud da Sağanan adı veriblər.

3

 

 

 

Mifologiyanın əsasını bir-birinə zidd obrazlar təşkil edir. Görünüşləri və xarakterləri fərqli olsalar da, mifoloji varlıqlar ya  xeyrə ya da şərə qulluq edirlər.Erlik (İrlik, Yerlik) də Altay türklərinin təsəvvürlərində şər ruhlara başçılıq edir. Erlik sözü hərfi tərcümədə “Güclü” mənasını verir. Şaman dualarında Erlikə “Qayrakan” olaraq da xitab edilir.

 4

 

 

 

Merqen Tenqri (Meregen) göyün 7-ci qatındadır. Merqen sözünün mənası oxçu deməkdir. Yunan mifologiyasında Hermesə bənzərlikləri çoxdur.

5

 

 

 

Qızağan Xan Ülgenin oğludur. Onun iqamətgahı göyün 9-cu qatındadır. Qızağan müharibə allahı olaraq da bilinir.

6

 

 

 

Humay Ana (Umay, Omay)  uşaqları və heyvanları qoruyan bir tanriçadır. Altaylarda tapılan şəkillərdə Humay Ana üç buynuzlu olaraq təsvir olunur.Uşağı olmayanlar ona qurban həsr edərlər. Səmada yaşayır.

7

 

 

Yayıx Xan şaman dualarında bu cür təsvir edilir: “Ülgənin xəbərçisi, qızıl bulud, göydən xəbər gətirən Ağ Yayıx”.Yayıx Xan böyük tufandan sonra səmaya qalxaraq Ağ Yayık adını alıb. Yayık sözünün kökü “parçalayaraq qurban vermək” mənasına gələn “yay” ilə əlaqələndirilir.

8

 

 

 

Karlık rəsmlərdə üzərində mifolojik varlıqlar təsvir olunan qalxanla görülür. O, dumanla simvolizə edilir. Məhz buna görə də ocağa su sərpirlər ki, duman çıxsın. 

9

 

 

 

Tanrı Suyla günəş və ayın qırıntılarından yaradılıb. Suylanın simvolu ağacdələndir.O, Yaylıxlabirlikdə qurbanın ruhunu Ülgənə çatdırır.

10

 

 

 ARDI VAR…

 

 

 

 

Bölmə : Sənət
KÖŞƏ YAZARLARI
TOP 10