Yeyər ömrü qız ahı…

42 Baxış

Məhəmməd Turan özəlMəhəmməd TURAN…

Yeyər ömrü qız ahı…

Həyatı əllərində

Sönmüş çıraq kimiydi…

Seçəmmirdi insanı-

Yaxın qıraq kimiydi?…

Üzü xəzan yarpağı,

Əlləri qabar idi…

O keçdiyi küçələr,

İndi dardan, dar idi…

Necə qəribsəmişdi,

Dost tanışdan aralı…

Meyli hara ilişsə,

Ehh, olardı oralı…

Neçə-neçə ürəkdən

Süzdürdü o sazağı.

Ona demişdim vallah,

“Yeyər ömrü qız ahı!”

Dünən gözümdə qalıb…

Sabaha yox gümanım

Dünən gözümdə qalıb…

Dünənlərin gecəsi

Hopub üzümdə qalıb…

Hər gün öz cığırını

Salar üzümdən asta…

Dünya öz ocağını

Qalar sözümdən asta…

Dilim nəğmə hörəcək

Əcəl sinə gərəcək…

Bir də ruhum görəcək

Özüm sözümdə qalıb…

Yoxluğun yaxın mənə

Həsrətin yeddi arşın,

Yoxluğun yaxın mənə.

Bir eşq duasına dön

Astaca oxun mənə.

Mən yorardım yolları

Bu dərd məni yormasa…

Arada zəng et barı

Sevinim heç olmasa…

srətindən tutuşar

Yanar ağzımda dilim…

Yenə küsülü qaldıq

Heyf getdi bir ilim…

Məni yuxuda görsən

Balıncını tərs çevir…

Nə olaydı gözlərin

Deyəydi “səni sevir”…

bərim olmasın…

Gedəndə gecə vaxtı get

Yatım, xəbərim olmasın…

Şirin-acı yuxuları

Qatım, xəbərim olmasın…

Qaralar qarışsın ağa,

Göyə qalxım dönüm buğa.

Yata-yata ayrılığa,

Çatım, xəbərim olmasın..

Eşqin süzülsün qanımdan,

Canın çıxmasın canımdan,

Keçsin qoy illər…yanından

Ötüm, xəbərim olmasın..

Talem…

Dünənlər gözünü süzdürüb gedir

Açılan sabahlar baxır qıyğacı…

Ömür qaçır belə, gün qaçır belə 

Hər an bir az yeyir ömür sayğacı…

Mən hünərli oğul, olammadım! Yox!

Təkliyin evini yıxa bilmirəm…

Bəxtimdən bağlıdır iki qolum da,

Hirsimi dizimdən çıxa bilmirəm…

Bir yola daş olsam, yolçusu olmaz…

Yağışa çevrilsəm, torpaq istəməz…

Mən elə bəxtindən kəm adamam ki

Qızılbalıq olsam, qarmaq istəməz…

Mənim taleyimin yığvalıdır bu;

Bir-iki misrayla yetiklənmişəm…

Dünyaya gəlişim, nahaqmış, nahaq!

Cahanın saçına düşən dənmişəm!