YouTube öz serial və filmlərini buraxacaq

8 Baxış
youtubeYouTube videoservisi öz serial, film və s. proqramlarını buraxmaq qərarını verib. SİA BBC-yə istinadən xəbər verir ki, bu istiqamətdə işlərini yekunlaşdıran videoservis sözügedən layihəsini tam şəkildə reallaşdırmaqdan ötrü ən tanınmış videobloqqerlə danışıqlar aparıb və onları layihəyə cəlb edib. Bildirilir ki, YouTube Red əsas olaraq həmin layihə çərçivəsində pullu servisinə daha çox tamaşaçı cəlb etmək istəyindədir. Nümunə üçün ilk premyera kimi serial-oyun “Scare PewDiePie” təqdim edilir. Serilada baş rolu İsveçdən olan videooyunlar şərhçisi Feliks Killberq alacaq. Belə ki, onun 42 milyon abunəçisi var.
Fevral ayının digər premyerası isə “Gərgədanlar adasına səyahət” sənədli şou olacaq. Onun aparıcı isə 8 milyon izləyicisi olan hindistanlı Lili Sinqxdir.
Qeyd olunur ki, fərdi şouların istahsalı ilə müxtəlif onlayn-kinoteatrlar məşğul olur. Məsələn, bir neçə il öncə Netflix servisi “Arrested Development” adlı populyar serialının öz ssenarisi əsasında davamını çəkib.
Bildirilir ki, YouTube Red layihəsi artıq fevralın 10-dan etibarən ona abunə olan izləyicilərə təqdim ediləcək.