“YUĞ” Teatrı beynəlxalq festivalda

10 Baxış

15370014161778925480_1000x669

Azərbaycan Dövlət “YUĞ” Teatrı Türkiyənin Adana şəhərində keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb.

Teatrdan Senet.az-a bildirilib ki, Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin oktyabrın sonu, noyabrın əvvəllərində keçirəcəyi V Şəhər Teatrları Görüşü Festivalında “YUĞ” Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşası ilə təmsil edəcək. Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcək.

Hər zaman qadın-kişi münasibətlərində ziddiyyətlər və toqquşmalar olsa da, həyatda harmoniyanı yaradan yalnız onların birləşməsi, bütövlüyüdür. Kişi olmayan cəmiyyətdə qadınlar solğunlaşır, qadın olmayan cəmiyyətdə kişilər axmaqlaşır. Qadın-kişi mübarizəsi, toqquşmaları həyat tərzidir, gerçəkliyin normasıdır. “Təklif. Elçilik” tamaşasında da bu münasibətlərdən bəhs edilir.