“Yuğ” Teatrı mövsümə yeni tamaşa ilə yekun vuracaq

10 Baxış

15307009333043348927_1000x669

“Yuğ” Dövlət Teatrı mövsümə iyulun 15-də A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif” tamaşası ilə yekun vuracaq.

Sənət ocağının ədəbi hissə müdiri Elçin Cəfərov Senet.az-a bildirib ki, rejissor Günay Səttarovanın quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı Əməkdar Artist Vüqar Camalzadə, rejissor assistenti Sabir Məmmədovdur.

Onun sözlərinə görə, tamaşada teatrın aktyorları Əməkdar Artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcək. Mövsümün son görüşündə həmçinin il ərzində teatrın yaradıcılıq həyatında fəal iştirak edən əməkdaşların mükafatlandırılması da nəzərdə tutulub.