Yuğ teatrı müvəqqəti ünvana köçürüləcəkdir

15 Baxış

yug Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir. Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, nazirlik tərəfindən teatrın kollektivinin müvəqqəti olaraq yerləşdirilməsi və fəaliyyəti üçün zəruri işlər həyata keçirilir. Teatrın müvəqqəti fəaliyyət göstərməsi üçün ünvan məlum olduqdan sonra teatrsevərlərə bu barədə məlumat veriləcəkdir.

Onu da qeyd edək ki, “Yuğ” teatrı üçün yeni binanın tikintisi məsələsi də gündəmdədir.