“Yuğ” teatrı “Səsini unutma” tamaşası ilə mövsümə yekun vurub

3 Baxış

15002728121565028368_1000x669

Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə “Səsini unutma” tamaşası ilə yekun vurub.

Teatrdan Senet.az-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni əsərlərdəndir. Rejissor Gümrah Ömərin quruluşunda təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur. Rolları Əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa ediblər. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsərinin xronometrajı 70 dəqiqə olub.

Tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin Elçisi – sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.

KÖŞƏ YAZARLARI
TOP 10