Azərbaycan Dövlət “Yuğ” Teatrı İngiltərənin “ALOFF” Teatrı ilə birgə yeni tamaşa hazırlayır. AZƏRTAC xəbər verir ki, dünya şöhrətli norveçli yazıçı-dramaturq Henrik İbsenin pyesi əsasında hazırlanan “Oyuncaq evi” tamaşası yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq. Tamaşanın quruluşçu rejissoru Metyu Zak Paneş, quruluşçu rəssamı Olqa Yaroş, quruluşçu prodüseri Sənan Əliyevdir. Səhnə əsərində teatrın aktyorları Natəvan Qeybani, Oktay Mehtiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edəcəklər. Tamaşanın premyerası mayın 20-də YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq.
“Müharibənin 44 günü” – Cəvahir Əsədova
04 Yanvar 2021 122 BaxışSenet.az oxucularına Cəvahir Əsədovanın "Müharibənin 44 günü" yazısını təqdim
Davamına bax