YUĞ teatrında “Çox məkanda VAR olmuşuq…” adlı tamaşa

5 Baxış

yuğ teatrıBakı şəhərinin baş planına uyğun olaraq, Azərbaycan Dövlət YUĞ teatrının (M.Muxtarov küçəsi, 83) binasının sökülməsi ilə əlaqədar Teatr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən 2016-cı ilin fevral ayının 1-dən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

Hazırda teatrda yaradıcılıq işləri davam edir. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, reperturda olan bəzi tamaşalar teatrımızın müvəqqəti fəaliyyət göstərdiyi yeni məkana uyğunlaşdırılır, paralel olaraq bir neçə yeni tamaşanın məşqləri gedir. Bununla yanaşı, teatrın kollektivi bir sıra beynəlxalq və ölkəmiqyaslı layihələr üzərində də çalışır. Teatr tezliklə tamaşaçılarını yeni işləri ilə sevindirəcək.

27 fevral tarixində saat 16.00-da Yuğ Teatrının kollektivi yeni məkanda öz tamaşaçılarını yuğvari salama dəvət edir. Mir Sahib Ağayevin quruluşunda təqdim olunan “Çox məkanda VAR olmuşuq…” adlı salamlamada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edəcək.

Bütün media nümayəndələri dəvətlidir.