“Yuğ” Teatrında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq

21 Baxış

14843124162933456355_1000x669

Yanvarın 18-də Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivinin təqdimatında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Senet.az-a bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.

Apokrifik etiraf janrında hazırlanan tamaşada rolları teatrın aktyorları Əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova ifa edəcək. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş olunacaq tamaşa Medeyanı oynamağa cəhd edən iki aktrisa arasında dialoq üzərində qurulub: biri – uşaqlarını öldürməmişdən öncə, o biri – öldürdükdən sonra.

Tamaşa aktyorun zamanla münasibətləri haqqında poetik pritçadır.

KÖŞƏ YAZARLARI
TOP 10