“Yuli Sezar və liderlik dərsləri” kitabı Azərbaycan dilində

12 Baxış

14855296784917061482_1000x669

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev ABŞ-ın tədqiqatçı alimi Alan Akselrodun “Liderlik dərsləri” silsiləsindən “Yuli Sezar” kitabını Azərbaycan dilinə tərcümə edib.

BDU-dan Senet.az-a bildiriblər ki, “Qanun” nəşriyyatında çapdan çıxan kitabda Y.Sezar tarixdə istedadlı sərkərdə və mütəfəkkir, savadlı diktator və gözəl natiq, imperiyanın memarı və siyasi xadim, mütləq imperator hakimiyyətinə öz səyləri ilə nail olmuş dövlət adamı kimi səciyyələndirilir. A.Akselrod maraqlı təhkiyə formasında nümayiş etdirir ki, qədim dövrün siyasətçilərinin əməlləri müasir iri korporasiyalar və biznes sahibləri, habelə top menecerlər üçün nümunə ola bilər.

Qeyd edək ki, A.Akselrod menecment və biznesin idarə olunmasına dair 80 kitabın müəllifidir.

Professor H.Vəliyev hazırda “Liderlik dərsləri” silsiləsindən “Qandi” kitabı üzərində işləyir.

KÖŞƏ YAZARLARI
TOP 10