Yunanıstan səfiri Tərcümə Mərkəzinin kitabxanasında olub

3 Baxış

6dc926db29420fb1088eb0636e00447eFevralın 5- Yunanıstanın Azərbaycanda fövqəladə səlahiyyətli səfiri cənab  Dimitrios Tsounqas AzərbaycanRespublikası Nazirlər Kabineti yanında TərcüməMərkəzinin kitabxanasında olub.

Fevralın 5-də Yunanıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab  Dimitrios Tsounqas Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kitabxanasında olub.

Səfir 30 cildlik 20-ci əsr Yunan ədəbiyyatı antologiyası, qədim yunan fəlsəfəsinə və ədəbiyyatına dair kitabları, məcmuə və suvenirləri kitabxanaya hədiyyə edərək, bu nəşrlərin yunan ədəbiyyatının ən aparıcı ədiblərinin əsərlərinin tərcüməsinə, Azərbaycan oxucusuna çatdırılmasına geniş imkanlar yaradacağını bildirib.

Səfir, həmçinin, Mərkəzi bu ilin may ayında Solonikidə baş tutacaq Beynəlxalq Kitab Sərgisində iştirak etməyə dəvət edib.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10