Yunanıstanın qədim lira aləti Bakıda səsləndiriləcək

17 Baxış

15219396853259832695_1000x669

Martın 29-da Beynəlxalq Muğam Mərkəzində Yunanıstanın qədim lira aləti ifaçısı Nikos Ksantulis konsert proqramı ilə çıxış edəcək.

Muğam Mərkəzindən Senet.az-a bildirilib ki, “Etnik musiqi inciləri” layihəsi çərçivəsində reallaşacaq konsertdə ifaçını “Bakı virtuozları” kamera orkestri müşayiət edəcək.

Konsertin dirijoru Əməkdar Artist Əyyub Quliyev, solistləri İlham Nəzərov, Rövşən Əmrahovdur.

Yunanıstanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsert bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçiriləcək.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10