YUNESKO-nun elm üzrə “2030-cu ilə doğru” adlı məruzəsi

11 Baxış

YUNESKO məruzəBütün çətinliklərə baxmayaraq, bəşəriyyət elm, texnologiya və innovasiyaya doğru irəliləyir. YUNESKO-nun “2030-cu ilə doğru” adlı son məruzəsindəki məlumata görə, dövlət büdcəsindən elmə ayrılan xərclər ildən-ilə artmaqdadır.

Bu cür məruzələr YUNESKO tərəfindən uzunmüddətli tendensiyalara əsaslanaraq hər beş ildən bir hazırlanır. AMEA-nın məlumatına görə, sözügedən məruzənin hazırlanmasında region və öz ölkəsində hökm sürən vəziyyəti təhlil edən 50-dən çox mütəxəssis iştirak edib.

Qeyd edək ki, məruzədə AMEA Beynəlxalq əlaqələr idarəsinin Xarici ölkələrin akademik qurumları ilə əlaqələr şöbəsinin rəisi Bünyamin Seyidovun Moldovanın paytaxtı Kisinyovda keçirilən “Horizon-2020” proqramı üzrə Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinin iclasında etdiyi təqdimata istinad edilmişdir. Həmin təqdimatda Avropa Komissiyasının tədqiqat və innovasiyaya dair ən böyük proqramı olan “Horizon-2020” üzrə AMEA-nın fəaliyyət istiqamətləri, müəyyən etdiyi prioritetlər və görülən işlərə dair məlumat verilib.