Yunus Oğuzun kitabı qırğız dilində çap olundu

6 Baxış

yunus oguz temirlanYazıçı-publisist, türkoloq, tarixi romanlar müəllifi Yunus Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir Teymurdan bəhs edən tarixi romanları Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub.

Trend-in məlumatına görə, fondun prezidenti Nüsrət Məmmədov bildirib ki, qırğız dilində işıq üzü görən “Temirlan” adlı kitab 544 səhifədən ibarət olmaqla, Y.Oğuzun Əmir Teymur haqqında hər iki romanının kompakt formasını təşkil edir. Kitab fond tərəfindən pulsuz paylanacaq.

Qeyd edək ki, kitabın təqdimatının Qırğızıstanın Prezident iqamətgahında keçiriləcəyi nəzərdə tutulub. Təqdimatda bir sıra tanınmış simaların iştirakı gözlənilir.