Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Yurdumuza bahar gəlir”adlı Respublika rəsm müsabiqəsində Yasamal filialının rəsm kursunun 7 şagirdi 1800 iştirakcı arasından seçilərək diplomlarla təltif olundu.
Senet.az xəbər verir ki, fəal iştirakına və müsabiqədə çox sayda diplom qazandığına görə Hədəf kursları Yasamal filialı Təşəkkürnamə ilə mükafatlandırıldı.
Qaliblərin siyahısını sizə təqdim edirik:
Quliyeva Mələk
Məmmədova Mehriban
Məlikova Duyğu
Hüseynli Nuray
Mədinə Əli
Mirzəzadə Əli
Quliyev Emil