Yuxarıdan aşağıya doğru tikilən məbəd

44 Baxış

aida ismayilova

Aida İsmayılova:

Ankqor-Vat  məbədi , Cənub-Şərqi Asiyanın ən önəmli arxeoloji abidələrindən biridir. Bura IX əsrdə XV əsrə qədər Kxmer imperiyasının paytaxtı olmuş şəhərlərinin ecazkar qalıqlarını özündə birləşdirir.

Hərfi tərcümədə Ankqor-Vat  “Məbədlər şəhəri” deməkdir. Bu nəhəng tikili Vişna tanrısına həsr edilmişdir. Ankqor-Vat XII əsrin əvvələrində tiklimiş və Kxmer imperiyasının paytaxtı Ankqor şəhərinin bir hissəsini əhatə etmişdir. Məbədin tikintisində istifadə olunan texnika olduqca maraqlıdır, belə ki, kxmerlər Ankqor-Vatı yuxarıdan aşağıya doğru inşa ediblər. Məbədin özü kompleksin mərkəzində yerləşən beş ədəd konsentrik, şanagülə bitkisinə bənzər  düzbucaqlı qüllələrdən ibarətdir. Burada ən hündür qüllənin uzunluğu 42 m-ə çatır, ümumi olaraq isə bütün mərkəzi platforma məbədin digər hissələrinə nəzərən ucaldılmışdır və tikilinin ümumi hündürlüyü  65 m-ə bərabərdir. Belə uca qala-məbədlər  tayland dilində “pranqam” adlandırılmşdır. Kxmerlər belə hesab edirdilər ki, Ankqor-Vatda  tanrılar yaşayır və ona görə də onun mərkəzi hissəsinə ancaq seçilmiş insanlar daxil ola bilərdilər. Məbədin digər bir özəlliyi ondan ibarətdir ki,bura çarların məqbərəsi hesab olunur. Kxmerlər burada ilk məbədləri hələ XI əsrdə tikməyə başlamışdılar. Məbədin qalıqları isə 1861-ci il 22 yanvar tarixində fransız Anri Muo tərəfindən aşkar olunmuşdur. Bu müddət ərzində orada buddistlər məskunlaşmışdılar. 1586-cı ildə buranı ziyarət edən portuqaliyalı rahib “bu ecazkar tiklinin gözəlliyini sözlə ifadə etməyin çətin olduğunu ” qeyd etmişdir.

Məbəd kompleksi 1970-ci illərdə Pol Potun əsgərləri tərəfindən qarət edilmişdir. Qeyd edək ki, Pol Pot 1963-1979-cu illərdə Kamboca Kommunist partiyasının baş katibi olmuşdur və o dövr kütləvi repressiya və təqiblərlə xarakterizə olunur. 1992-ci ildə isə məbəd YUNESKO tərəfindən dünya mədəni irsi kimi qorunma altına alınmışdır. Bura Kambocanın ən görməli yerlərindən biridir və təsadüfi deyil ki, məbədin təsviri Kambocanın bayrağı üzərində də var.

 

 

123

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Araşdırma, Manşet
KÖŞƏ YAZARLARI
TOP 10