“Kitabevim.az” kitab evində Mətləb Ağanın “Yüzdə səksən” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə yazarın qələm dostları, KİV nümayəndələri və oxucular iştirak edib.
İlk öncə çıxış edən müəllif oxuculara kitab haqda məlumat verib. Daha sonra yazarın qələm dostları “Yüzdə səksən” haqqında fikirlərini bölüşüblər.
Son olaraq müəllif qonaqlar üçün kitablarını imzalayıb.