Aprelin 18-də 15:00-da Kitabevim.az Kitab Marketində Mətləb Ağanın “Yüzdə səksən” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək.
Senet.az xəbər verir ki, kitabda şairin müxtəlif vaxtlarda yazdığı şeirlər toplanılıb. Kitabın redaktorları Şəmşir Məhərrəmoğlu, Yaqut Əliyeva və Səhər Əhməddir.
Qeyd edək ki, “Yüzdə səksən” müəllifin ikinci kitabıdır.