Bir qarış torpaq da…
Qoy əmin olsun ki, mənfur düşmənim
Canımdan pay olar vətəndən olmaz.
Yağıya müjdəmiz ölümdür yalnız
Bir qarış torpaq da onlara qalmaz.
Turanın bayrağı dalğalanacaq
Düşmənlərin başı əsdiyi yerdə.
Müsəlman qurbanı kəsiləcəkdir
Daşnakın başını kəsdiyi yerdə.
Düşmən gözlərindən süzülən yaşla,
Qarabağ elinə su çəkiləcək.
Qorxudan yağının qəlbi üşüsə,
Oğuzun gözündən od töküləcək.
Qoy bütün dünyaya, əyan olsun ki,
Şuşa Yerəvana tikilən deyil!
Düşməni çarmıxa çəkməyincə bil
Bu millət geriyə çəkilən deyil!
Bütöv olsun Azərbaycan
Vətən torpağından peşkəş verilməz
Hər nəmər istəyən bədxah düşmənə.
Yağı baş qaldırıb tüğyan edirsə
Canlı sipər olaq gərək vətənə.
Qafqaz öyrəşibdir türk nəfəsinə
Daşnaklardan ötrü göz dağı olar.
Erməni xalqıma düşmən olduqca
Qafqazım onlara lap yağı olar.
Səngərdə göz açıb gözlədikcə biz
Yağının gözləri bağlanır hər an.
Vətənçün canından keçər vətəndaş
Təki bütöv olsun bu Azərbaycan!
Zireh geyək
Tapdalanmaq türk adına layiq deyil
Varlığını təsdiq eylə, ulu xalqım.
Yağıların tənəsindən qurtarmaqçün,
Qələbədən salmalısan yolu, xalqım.
Əynimizə zireh geyib gözüaçıq
Səhərləri qarşılayaq səngərlərdə.
Yuxumuzu dağıtmaqçün qışqıraraq
Üsyan edir dəhşət ilə səngərlər də.
İndi gərək barıt iyi bizim üçün
Qələbənin ətri gələn çiçək olsun.
Düşmənlərin əli ilə bulanılan
Xan qızının su kəməri tez durulsun .
Hər Qarabağ kəlməsini eşidəndə
Utanaraq başımızı əydik, bəsdir!
Heç bir zaman qapımızı döyməyəcək
Qərblilərin qapısını döydük, bəsdir!
Avropada qışqırsan da eşidilməz
Neçə ildir qulaqları titrədən səs.
Torpağını düşmənlərdən qurtarmaqçün
Bir məsləkdə birləşməli indi hər kəs.
Zəfər səsi
Artıq zamanıdır şəhid olmağın
Qarabağ qisasa səsləyir bizi.
Dar gündə dadına çatmaqdan ötrü
Vətən igid kimi bəsləyir bizi.
Yumruqtək birləşib vətən mülkünü
Düşmən pəncəsindən qoparmalıyıq.
Zəfər bayrağını öndə tutaraq
Tezcə Qarabağa aparmalıyıq!
Tir-tir əsməlidir yağı düşmənlər
Koroğlu nərəsi ərşə yüksəlsin.
Ən uca zirvəyə qalxsın millətim,
Xalqıma qələbə sorağı gəlsin.
Qarabağ
Türkün türkdən başqa dostları hanı?
Superlər bölüşür bütün dünyanı.
Qoruya bilmədik Azərbaycanı
Yağının cənginə keçdi Qarabağ.
Talandı, kor olub görə bilmədik
Vaxtında layiqli tədbir görmədik
Heç olmasa qılığından girmədik
Küsüb bizdən yaman qaçdı Qarabağ.
Bircə kərə baxmamışam üzünə
Qulağımı şəkləmədim sözünə
Necə döz deyim ki Cıdır düzünə?
Yuvası dağılmış quşdu Qarabağ.
Hər an arzulayır xilas olmağı
Azərbaycan tərkibində qalmağı.
Qan eyləyir gözlərinin dolmağı
Sənsiz türk dünyası heçdi Qarabağ!
Xoş söz eşitmədi ora-buradan
Bircə ümid yeri-böyük yaradan
Səmaya üz tutub çıxdı aradan,
Bax beləcə göyə uçdu Qarabağ…
Əsirlər
Əsirlər əsir deyil ki,
Düşmən əlinə keçəndi.
Tovuz kimi, Bakı kimi
Göyçə, İrəvan vətəndi.
Bu necə əsir olmaqdır,
Yolun düşür Zəngəzura.
Özündən bixəbər yağı
Gör kimi aparır hara?
Zəbt etdiyi torpağıma
İndi bir-bir türk daşıyır.
Əsir əsirlikdə ölmür
Vətəndə vətəndaş uyur.
Əsirlər əsir olmayır
Düşməndən göz-qulaq olur.
Öz yurdunun sərhəddində
Vətəninə calaq olur.
Torpağım bölünməzdir.
Yamaq olmayacaqdır
Laçınım Yerəvana.
Ərənlər hayqırır ki,
Heç vaxt qalmayacaqdır
Laçınım Yerəvana.
Gəzərək yedək-yedək
Gözləyirlər him- cimi.
Qan içib doymayanı
Biz doyuzduraq gərək
Anamız Tomris kimi.
Başından çıxır tüstü
Daşnaklar yaman pərtdir.
Zaman o zaman deyil,
Dəmiri isti-isti
Döymək birinci şərtdir.
Tamah güc gələ bilər
Amma qalib gələnməz.
Laçınım Yerəvanla
Qəm-qüssəsini bölər,
Torpağını bölənməz.
Sadəcə türklük
Türkün gözünün içinə
Özünü pisləyənlər var.
Nə yaxşı ki, türklüyünü
Qorumaq istəyənlər var.
“Azəri” adı altında
Qarışıbdır nələr nəyə.
“Allahımız birdi”- deyib
Məscidlər dönür kilsəyə.
Bu yurd oğuz diyarıdır
Burda babam qılınc vurmuş.
Yalnız türk oğlu önündə
Papa diz çökərək durmuş.
Heç kəs səni saya saymaz
İnan ki, azacıq hürksən.
Unutma, bir şeyi, xalqım
Sən elə sadəcə türksən…