Zəhram, heyy! – (Şeir) – Ramiz Məmmədzadə

11 Baxış

91150_3kc5ol329o

4 iyul 2017-ci ildə Qarabağın Alxanlı kəndində Ermənistan ordusunun atəşindən həlak olmuş ikiyaşlı Zəhra Quliyevanın adına.

Bu Günəş niyə qaralıb
Kömür olub tökülmür
üstümüzə?!
Bu Göylər necə tab eyləyir
Odlu, atəşli tüstümüzə?!
Niyə dağlar, qayalar
bomba olub partlamır?!
Ürəyimiz partladı axı!
Yaxıb-yandırdı bizləri
İkiyaşlı Zəhranın
ağrısı, ahı…
Evi, yurdu viran olmuş
Mənim anam da Zəhraydı
O da Yer üzündən
küsüb gedib
Yoxdu daha
neçə ildi, neçə aydı…
Çocuq Zəhram, anam Zəhram,
Zəhram, heyy!…

Allah keçməz bu dəhşətdən,
Vətən oğlu unudammaz
Belə vəhşi cinayəti!
Erməninin Yer üzündə
Yaşamağa haqqı yoxdur!
Qəti, qəti!
Cəlladları bu torpaqdan,
Qarabağdan
Silmək gərək.
Hər xainə dar ağacı,
Hər xainə ilmək gərək!
Başqa nicat yolun varmı?
Ruhun bizi bağışlarmı?
Çocuq Zəhram, körpə Zəhram
Zəhram, heyy!…

Sən ki zərif bir çiçəkdin
Sən ki hələ Alxanlının
Cənnət çağın görəcəkdin…
Sabahını, o gələcək günlərini
qara fələk apardı.
Göylər, Yerlər gördü səni
gördü şivən qopardı.
O xain güllənin səsi
oynatdı yerindən
Tüfəngə döndərdi
ormanları, dağı, daşı…
Mən səngərə, döyüşlərə
çağırıram
damarından Zəhramızın
qanı axan
Hər igidi, vətəndaşı!
Layla, Zəhram, körpə Zəhram
Zəhram, heyy!…

Şüvəlan
5 iyul 2017-ci il

KÖŞƏ YAZARLARI
TOP 10