Zəlimxan Yaqub -”Ana ürəyi”

2879 Baxış

zelimxanyaqub

Senet.az Xalq şairi Zəlimxan Yaqubun şeirlərini təqdim edir:

 

Bax

Sınan qələmimə,əsən əlimə

Dilim də çaş düşən sözlərimə bax!

Mən ki bu meydanın pəhləvanıydım,

İndi yerə gələn dizlərimə bax!

 

İsatək çəkilib dara, gedi rəm,

Sinəm də sağalmaz yara gedirəm.

Mən hardan gəlmişdim, hara gedi rəm,

Yoluma nəzər sal, iz ləri mə bax!

 

Fələk aldığını əlimdən alıb,

Qəlbimi daşlardan daşlara çalıb.

Nə qə dər arzular yarımçıq qalıb,

Oxumaq istəsən, gözlərimə bax!

 

 

Yarımçıq

 

Yatıram – yuxum yarımçıq,

Oyanıram – həyatım yarımçıq.

Düşünürəm – düşüncəm yarımçıq,

Yazıram – şeirim yarımçıq.

Oxuyuram – kitabım yarımçıq,

Gedirəm – səfərim yarımçıq.

Sevirəm – sevgim yarımçıq,

Yarımçıq, yarımçıq, hər şey yarımçıq.

Dərdin çəmənindən dərd yığa-yığa,

Gedirəm yenə də yarımçıqlığa!

 

 

Ana ürəyi

 

Bəlkə ürəyimə bir xeyri dəydi,

Bir az kürəyimi ovuşdur, Ana!

Keçir gecələrin qaranlığından,

Məni sabahıma qovuşdur, Ana!

 

Bəlkə də sabahın əsən yelləri,

Qəlbimə rahatlıq gətirə bil di.

Ağır möhnətimi, acı dərdi mi,

Dağların dalına ötürə bildi.

 

Övlad dünyasının odu, istisi,

Allah tək sev diyi qadından keçir.

Oğulun nə qədər dərdisəri var,

Ana ürəyinin odundan keçir.

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10