Zəlimxan Yaqub Musa Yaquba şeir həsr etdi

40 Baxış

zelimxan666Xalq şairi Zəlimxan Yaqub şair Musa Yaquba şeir həsr edib. Senet.az “Bənzətmə” şeirini təqdim edir:

 

Qardaşıma bir bənzətmə tapmışam,
Musa Yaqub dağ kəlinə bənzəyir.
Başı zirvə,döşü yamac,özü dağ,
Şeiriyyətin heykəlinə bənzəyir.

Qızıl qaya,yaşıl çəmən,göy meşə,
Qayalarla baş-başadır,döş-döşə.
Kövrələndə boynu bükük bənövşə,
Kükrəyəndə dağ selinə bənzəyir.

İlham ona,o ilhama anadı,
Təbiətdi duyğusunun qanadı,
Nəğmələri sığallanmış sonadı,
Hər misrası bir gəlinə bənzəyir.

Bir çiçəkdi,təravətin dilidi,
Halallıqdı,ləyaqətin dilidi.
Danışdığı təbiətin dilidi,
Süleymanın quş dilinə bənzəyir.

Acı deyil şan-şöhrətin,ad-sanın,
Dalğasıdır söz adlanan dəryanın,
Bir gözütox balasıdı Şirvanın,
Öz yurduna,öz elinə bənzəyir.

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Poeziya
KÖŞƏ YAZARLARI
TOP 10