Zəlimxan Yaqubla sazlı-sözlü görüş – VIDEO

225 Baxış

10376757_812410382127885_5594718892917874876_n6 fevral  Kitabevim.az kitab marketində Hədəf Oxucu Klubunun təşkilatçılığı ilə xalq şairi Zəlimxan Zaqubun “Qürbət düşüncələri” şeirlər kitabının təqdimatı keçirilib.

Senet.az-ın məlumatına görə tədbirdə şairinin qələm dostları, aşıqlar, məktəbli və tələbələr iştirak ediblər.  Tədbiri giriş sözü ilə açan Hədəf Oxucu Klubunun  mederatoru Odər Sərdar Zəlimxan Yaqubu və təqdimata toplaşanları salamlayıb. Daha sonra Hədəf Nəşrlərinin təsisçisi  f.ü.f.d., dos. Şəmil Sadiq çıxış edərək xalq şairi Zəlimxan Yaqubu 65 illik yubiley və yeni kitabının nəşr olunması münasibəti ilə təbrik edib, şair və onun yaradıcılığı haqqındaürək sözlərini bildirib.

Tədbirin gedişində Aşıq Altay və Aşıq Şahid  Zəlimxan Yaqubun şeirlərini sazın müşaiəti ilə ifa ediblər. “Qürbət düşüncələri” şeirlər kitabının redaktoru, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu kitab haqqında fikirlərini oxucularla  bölüşüb. Aktrisa İlahə Rəşidova və şair Mais Təmkin Zəlimxan  Yaqubun şeirlərini və ona həsr etdikləri şeirləri ifa ediblər. Tədbirdə həmçinin Atatürk liseyinin müəlliməsi Hatice Devrim, türkiyəli rejissor və prodüser Metin Yücel və aktrisa Nazende Erdem, Atatürk liseyinin direktor müavini Bedrettin Güreş  iştirak edib,  xalq şairinin imzalı kitabını əldə ediblər.

Tədbirin sonunda Zəlimxan Yaqubun “Qürbət düşüncələri” şeirlər kitabının imza mərasimi keçirilib. Xalq şairi oxucular üçün kitablarını imzalayıb, onlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki,  “Qürbət düşüncələri” şeirlər kitabı Zəlimxan Yaqubun 65 illik yubileyi münasibəti ilə hədiyyə olaraq “Hədəf” nəşrləri tərəfindən çap edilib.Kitabda xalq şairi Zəlimxan Yaqubun rəsmi səfərləri və son illərdə müalicəsi ilə əlaqədar Almaniyada olarkən müxtəlif mövzularda yazdığı şeirləri və xalq yazıçısı İsa Muğannaya həsr etdiyi “Ün” poeması yer alıb.

 

Səma Fuadqızı

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10