Zəman nə istəyir? Amma biz… Mirzə Ələkbər Sabir

10 Baxış

32

Yəqin ki, sərlövhənin bu axırkı iki kəlmələri zamana ədəmi-mütabiqətimizi eyham ediyor.Əcəba, boyləmi? Bəli! Müqtəzayi-zəmanə, müqtəzayi-halə ədəmi-müvafiqətimiz əzhərü minəş-şəmsdir.

Belə isə bu müddəanı isbata, izaha çalışmaq lüzumsuz qalıyor; daha bu müddəadan danışmağa, yazmağa ehtiyac qalmıyor. Belə deyilmi? Amma bizim millətimiz geridə qaldığından bu xüsusda nə qədər danışılır isə, nə qədər yazılır isə yenə azdır.

Binaən-əleyh mən də bu barədə öz biləcəyimi, anlayacağımı millətimə xidmət bilib də yazmaqdan geri durmuyorum və hər kəsi də bu yola çağırıram. Çün sözü, işi millət deyib işləməz, bəlkə milləti təşkil edən əfradi-millət deyib işlədər. Odur ki, mən də bir fərd olduğum üçün bəqədri-qüvvə öz bildiyimi yazıram.

Məlumdur ki, əfradi-insan başlıca üç sinfə təqsim olunur. Birinci sinfi uşaqlar, ikinci sinfi cəvanlar, üçüncü sinfi qocalardır.

Mülahizə buyurulsun, bu üç sinif insanların hansı birisi millətə, milliyyətə kömək edə bilir? Hansı birisi tərəqqiyə, səadətə səbəb ola bilir? Əlbəttə, aşkardır ki, birinci sinif insanların dünyavü mafihadan hələ xəbərləri yoxdur. Oylə isə daha kömək qeyrim ənzurdur. Biləks onlara kömək.

Üçüncü sinif insanlar isə ömrlərinin axır vəqtləri olduğuyçün, həvəsləri getdikcə əksildiyiçin, hər bir işdə yorulduqları üçün onlardan da kömək xahiş etmək olmaz. Anlaşıldı ki, millətin pisrəftinə, səadətinə bais olan ikinci sinif – cəvanlardır.

Amma hansı cəvanlar? Burası böyük sualdır. Cavabına iczimi etiraf ilə bunu deyə bilərəm ki, o cəvanlar rahi-nicata, təriqi-səadətə dəlil, hadi ola bilir ki, oxumuş olalar, ali mədrəsələrdə təhsili-elm, təhsili-kəmalat etmis olalar. Ana dillərindən, dini əmrlərindən ziyadəsincə də olmasa, kafi qədər xəbərdar olmuş olalar. Heyf ki, məəttəəssüf bunu söyləyə bilərəm ki, millətimizin avam cəvanları çox-çoxdur. Millətdən, milliyyətdən bixəbər olanları daha çoxdur. Nə təəssüflü bir hal! Bundan daha böyük təəssüf olunacaq burasıdır ki, oxumuş cəvanlarımız dəxi əksəriyyət ilə ana dilindən, əqaidi-diniyyələrindən lazımınca xəbərdar ola bilməyiblər. Əcəba, bu təqsir kimdədir, oxumuşlarımızdamı? Xeyr! Xeyr! Təqsir bizim məktəbsizliyimizdədir. Zira, üsuli-cədid üzrə təşkil olunmuş müntəzəm məktəblərimiz olmuş olseydi, məkatibi-ətiqin ömr zayeedici üsulundan qorxub, hələ ana dili bilməyən, əqaididiniyyəsindən xəbərdar olmayan övladlarımız, ümidi-istiqlalımız olan övladlarımız xarici məktəblərə verilib, ilminskilər təlif edən risalələrə mötəqid olmaz idilər. Ey vah, nə qəmli halət, nə yaman rəzalət, aman Allah, bu girdablar bizi boğur, biz hələ qafil dururuq.

Bu cəhalət bizi odlara yandırır, biz hələ bixəbər qalırıq.

Halbuki daha o zəmanlar keçdi, mədəniyyət, hürriyyət zəmanı gəldi.

Hər bir dərdin, illətin çarəsinə baxmaq zəmanı yetişdi. Əcəba, bizim dərdimizin çarəsi varmı? Bəli! Bəli! Əfəndim, “likülli gəmin fərəcün və likülli dain dəvaün” (tərcüməsi: Hər bir qəmin sonu və hər bir dərdin dərmanı vardır). Bilirmisən çarəmiz nədir? Bəli, çarəmiz, ən böyük çarəsiz məktəbdir. Məktəb, yenə məktəb! Helə isə hər şəhərdə, bacardıqca hər kənddə istiyaq ilə, ittifaq ilə məktəb açmalı, məktəbiislamiyyə açmalı; islamın o məsum balaların saf qəlblərini islamiyyət nuri ilə tənvir etdikdən sonra əcnəbi dillərini də nə qədər oxunur-oxunsun, oxutmalı; övladi-vətəni tərəqqiyə, mədəniyyətə isal etməli, islamiyyət ilə bərabər tərəqqiyə isal etməli; əcnəbi tərəqqisinə islamiyyə tərəqqisi demək olmaz; islam özü tərəqqi etməli, bununçün də çalısmalı!

Amma kimlər çalısmalı? Ziyalı cəvanlar! Çünki islam millətində məktəbi pul açmaz, pullular da açmaz, nə tövr olsa da oxumuş, ziyalı cəvanlar açarlar. Zira, pullularımız əksəriyyətlə avam olduqları üçün məktəbin faidəsini, mənfəətini, xeyrini kəmalınca düşünməzlər. Düşünmədikləri üçündür ki, bu yolda sərfi-himmət edib pul da xərcləməzlər.

Amma oxumuş qeyritli cəvanlar o avam əgniyanı məarif yoluna təşviq, tərgib edib də məktəb açdıra bilərlər.

Pəh, pəh, nə böyük vəzifə, nə ali məqsəd! Ey millətimizin ziyalı cəvanları, bilsəniz ki, siz dünyalar qədəri olan bir vəzifə altında yaşayırsınız!

Budur, vətəniəzizimizin gül, rəyahin bitirən torpaqları qardaşlarımızın məsum qanları ilə, elmsiz, tərbiyəsiz cəvanlarımızın vəhşikaranə, zalimanə hərəkətlərindən ağüştə olduğun görürsünüz!

Bu hərəkətlər elmsizlikdən, cəhalətdən naşi deyilmidir? Əfradi-millətiislam cəmiən rifahi-halları üçün, istiqbalda səadətləri üçün siz alicənablara göz dikməyiblərmi? Hərgah siz bu şanlı vəzifənizi layiqincə yerinə yetirsəniz, yəqin ki, yəqin ediniz ki, zəciriəsarətdə, qeydicəhalətdə boğulub qalmış millətdaşlarınızı qərq olduqları vərteyihəlakətdən sahili-nicata çıxarda bilərsiniz.

Məktəb açdırın, məktəblər açdırın, ta ki, nəticəsində o biz deyən oxumuş, böyük oxumuş, ana dilində əqaidi-diniyyəsindən xəbərdar olan cəvanlar sahəarayimeydani-tərəqqi olsunlar.

Bir də təqazayi-zəmanı mülahizə edib də iş görməli! Bilirmisiniz zəman nə istəyir? Amma biz…

KÖŞƏ YAZARLARI
TOP 10